Kriminal
Masallıda xəstəxanada müalicə alan şəxs vəfat etdi
Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Bu barədə Oxu.Az-a xəstəxanadan məlumat verilib. Bildirilib ki, yanvarın 7-si saat 14:40-da 1992-ci il təvəllüdlü şəxs (kişi) halsızlıq və soyuqdəymə şikayətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım briqadası tərəfindən hospitalizasiya olunub: "Ona dəqiqləşdirilməmiş hipotenziya diaqnozu təyin edilib. Pasiyentə dərhal tibbi yardım göstərilib və instrumental müayinələr aparılıb. İnstrumental müayinə nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb. Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin çoxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğuna təxminən 4.5 litrə yaxın sərbəst maye (qan) yığılması diaqnozu müəyyən edilib. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, yanvarın 7-si saat 16:40-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb". Məlik Məlikov
Mənbə
oxu.az