Kriminal
Bakıda 68 yaşlı qadın faciəli şəkildə öldü
Bakıda avtomobil qadını vurub öldürüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. 1994-cü il təvəllüdlü Səlim Etibar oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Afaq Fikrət qızı Rəsulovanı vurub. Qadın xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. Samir Əli
Mənbə
oxu.az