Kriminal

Bakıda "Hyundai" UAZ-a çırpıldı, ölən var

08 Jan 2026, 09:52 1 baxış
Bakıda "Hyundai" UAZ-a çırpıldı, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Cavidan Güləli oğlu Əliyev idarə etdiyi "Hyundai" markalı avtomobil Qala qəsəbəsində yolun kənarında dayanmış UAZ markalı maşına çırpılıb. Nəticədə "Hyundai" aşıb, C.Əliyev hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər