Kriminal

Polis "İbo" adlı iranlı narkotacirin kuryerini Bakıda YAXALADI

08 Jan 2026, 09:56 1 baxış
Polis "İbo" adlı iranlı narkotacirin kuryerini Bakıda YAXALADI
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər. Oxu.Az-ın məlumatına görə, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb. Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan "İbo" adı ilə tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər