Kriminal

Salyanda ağır qəza: Doqquz nəfər xəsarət alıb

08 Jan 2026, 00:36 1 baxış
Salyanda ağır qəza: Doqquz nəfər xəsarət alıb
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Oxu.Az-ın məlumatına görə, qəza sərnişindaşıyan mikroavtobusla VAZ-2106 markalı minik avtomobilinin toqquşması zamanı qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar yanvarın 7-də saat 21 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda zərərçəkənlərin müalicəsi davam etdirilir, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər