Digər
ABŞ Venesuela neftinin satışına başladı
ABŞ Venesuelanın xam neftinin qlobal bazarda satışına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu satış ABŞ və Venesuelanın maraqlarına uyğun olacaq. Xam neft və neft məhsullarının satışından əldə olunan bütün gəlirlər ilkin mərhələdə dünya banklarının hesablarına köçürüləcək.
İlkin mərhələdə 30–50 milyon barrelin satışının nəzərdə tutulduğu vurğulanıb.
Qeyd edək ki, bundan öncə Tramp sosial şəbəkə hesabında bu barədə məlumat yaymışdı.
Mənbə
axar.az