Digər

Rusiyadan hiyləgər plan: Avropa bunu gözləmirdi

28 Sep 2026, 09:00 1 baxış
Rusiyadan hiyləgər plan: Avropa bunu gözləmirdi

Kəşfiyyat məlumatlarına əsasən, NATO-ya üzv bir neçə Avropa ölkəsi Rusiyanın kommersiya gəmilərindən buraxdığı PUA-larının hücumuna məruz qala bilər.


Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin 2004–2020-ci illərdə qərargah rəisinin müavini olmuş Andrey Rıjenko bu yöndə iddiaları şərh edərkən deyib.


“Doğrudan da, belə bir ehtimal mövcuddur. Çünki gəmilər iri ölçülüdür və onların üzərində çoxlu sayda belə konteyner yerləşdirmək mümkündür. Lakin PUA-ların texniki göstəricilərini və Şimali Atlantika Alyansının imkanlarını nəzərə almaq lazımdır. Bəs “Gerbera” nədir? Bu, "Şahid" zərbə PUA-sının kiçildilmiş surətidir. Onun uzunluğu 2 metr, qanad açıqlığı isə 2,5 metrdir. Söhbət kifayət qədər iri ölçülü qurğudan gedir.


Belə dronlardan çox sayda buraxmaq asan deyil, çünki bunun üçün müəyyən şərtlər tələb olunur. Xüsusilə, “Gerbera” kimi bir vasitənin buraxılması üçün ən azı 10 metrlik start məsafəsini təmin edən katapult tələb olunur.


Yəni söhbət iri ölçülü buraxılış qurğusundan və çəkisi təxminən 30 kiloqram olan, tərkibində 4–5 kiloqram partlayıcı maddə yerləşən zərbə vasitəsindən gedir”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər