Kriminal
Siyəzəndə xəstəxanada qadın öldü
Siyəzən Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi qeydə alınıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1940-cı il təvəllüdlü Lyubov Yefimovna Rurriza vəfat edib. Faktla bağlı araşdırma aparılır. Siyəzən RMX-dən Oxu.Az-a verilən məlumata görə, ötən il dekabrın 31-də saat 14:40-da 1940-cı il təvəllüdlü şəxs (qadın) xəstəxanaya hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, pasiyentin yanvarın 5-də saat 19:50-də bioloji ölüm faktı qeydə alınıb". Aygün Mirakif
Mənbə
oxu.az