Kriminal

Gəncədə söyüş söydü, bıçaqlanaraq qətlə yetirildi: Qanlı hadisənin detalları MƏLUM OLDU

07 Jan 2026, 17:50 1 baxış
Gəncədə söyüş söydü, bıçaqlanaraq qətlə yetirildi: Qanlı hadisənin detalları MƏLUM OLDU
Gəncə şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub. Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. 2009-cu il təvəllüdlü yeniyetmə Daşkəsən rayonunda qeydiyyatda olduğu halda Gəncə şəhərində yaşayıb və qətlə yetirilən 2003-cü il təvəllüdlü Zamir Rzayevlə tanışlıqları olub. Məlumata görə, onlar bir gün əvvəl söyüşlü mübahisə edib. Yanvarın 6-da axşam saatlarında onların yenidən mübahisəsi düşüb yeniyetmə oğlan Z.Rzayevdən söyüşə görə üzr istəməsini tələb edib. Z.Rzayev isə ondan üzr istəməyib. Bundan sonra həmin yeniyetmə oğlan gecə saatlarında Z.Rzayevi görüşə çağırıb. Hadisə yerinə gələn yeniyetmə oğlan üzərində gəzdirdiyi bıçaqla Zaura bir dəfə xəsarət yetirib və ayaq nahiyəsindən damarını kəsib. Zaur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti küçədə aşkar edilib. Gəncə şəhərində qətl hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün Gəncə şəhəri ərazisində qeydə alınıb. Daşkəsən rayon sakini, 2003-cü il təvəllüdlü Zamir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər