Kriminal

Bakıda iki avtomobil TOQQUŞDU - Ölən var

07 Jan 2026, 13:20 1 baxış
Bakıda iki avtomobil TOQQUŞDU - Ölən var
Bakı şəhəri, Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə nəticəsində iki nəqliyyat vasitəsi toqquşub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub: "Məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili ilə "QAZel" markalı yük maşını toqquşub, bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən bir nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib", - məlumatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər