Kriminal

Qazaxda yanacaqdaşıyan avtomobil yanır

07 Jan 2026, 13:59 1 baxış
Qazaxda yanacaqdaşıyan avtomobil yanır
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə yanğın başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər