Kriminal
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərləndilər - Ölən var
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərləniblər. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb. Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Ə. yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər. R.Əlsultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Ə.-nin vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az