Kriminal
Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanıldı
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Oxu.Az-ın məlumatına görə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus "KamAZ" markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə
oxu.az