Digər

ABŞ Qrenlandiyaya girsə, nə edəcəyik? - Borrell

07 Jan 2026, 10:35 1 baxış
ABŞ Qrenlandiyaya girsə, nə edəcəyik? - Borrell

AB öz müdafiə qabiliyyətini müstəqil şəkildə qorumalıdır, çünki ABŞ artıq Birliyin əsas müttəfiqi deyil.


Axar.az xəbər verir ki, bunu AB-nin keçmiş baş diplomatı Jozep Borrell deyib.


“Amerikalılar artıq avropalılara etibar etmirlər. ABŞ artıq bizim böyük müttəfiqimiz deyil. Reallıqda yeni bir fəsil yaşayırıq və bu, getdikcə daha çox öz müdafiəmizi təmin etməli olduğumuzu göstərir”, - o bildirib.


O, ABŞ-ın Qrenlandiyaya müdaxilə edəcəyi təqdirdə AB-nin münaqişənin kənarında qalmamalı olduğunu vurğulayıb:


“ABŞ-ın dəniz piyadaları Qrenlandiyaya girsələr, nə edəcəyik? Sadəcə ərazi bütövlüyünə hörmət edilməlisiniz, deyəcəyik?”.

Mənbə axar.az

Oxşar Xəbərlər