Digər

Britaniya və Fransa Ukraynada hərbi mərkəz yaradır

07 Jan 2026, 00:25 1 baxış
Britaniya və Fransa Ukraynada hərbi mərkəz yaradır

Birləşmiş Krallıq və Fransa Ukrayna ərazisində hərbi mərkəzlər yaratmaq, silah və hərbi texnika anbarları tikmək niyyətindədirlər.


Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmer Parisdə baş tutan "Könüllülər koalisiyası"nın iclasından sonra keçirilən mətbuat konfransında deyib.


"Mən elan edə bilərəm ki, atəşkəsdən sonra Birləşmiş Krallıq və Fransa Ukraynada hərbi mərkəzlər yaradacaq, Ukraynanın müdafiə ehtiyaclarını ödəmək üçün silah, hərbi texnika saxlanılan obyektlər inşa edəcəklər", - deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər