Digər

Oneqa gölündə gəmi batdı

06 Jan 2026, 22:57 1 baxış
Oneqa gölündə gəmi batdı

Kareliya Respublikasında (Rusiya) Oneqa gölündə kiçikhəcmli gəmi aşıb, nəticədə üç nəfər xəsarət alıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat verib.


"Kareliya Nəqliyyat Prokurorluğu Oyatevşina kəndi yaxınlığındakı Oneqa gölündə gəminin aşması ilə bağlı vəziyyəti araşdırır. İlkin məlumatlara görə, üç yaralı xəstəxanaya yerləşdirilib”, - deyə bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər