Digər

Bu terror təşkilatları dərhal ləğv edilməlidir - Gülər

06 Jan 2026, 20:26 1 baxış
Bu terror təşkilatları dərhal ləğv edilməlidir - Gülər

PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son qoymalı və şərtsiz olaraq silahlarını təslim etməlidirlər.


Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.


“Başda PKK, PYD, YPG və "Suriya Demokratik Qüvvələri" (SDQ) olmaqla, heç bir terror təşkilatının bölgədə kök salmasına imkan verilməyəcək. Prezidentimizin liderliyi altında "Terrorsuz Türkiyə" prosesi başlayıb və bu prosesin uğurla davam etdirilməsini arzulayırıq" , - nazir vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər