Digər
İsrail və Suriya nümayəndələri Parisdə razılaşdı
ABŞ-ın rəhbərliyi altında Parisdə keçirilən İsrail-Suriya danışıqlarının sonuncu mərhələsində tərəflər təhlükəsizlik sahəsində razılıq əldə ediblər.
Axar.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "N12" telekanalı məlumat yayıb.
"Hər iki ölkənin nümayəndələri təhlükəsizlik razılaşmasına nail olmaq məqsədi ilə danışıqların tempini sürətləndirmək, müzakirələri intensivləşdirmək və etimad yaratmaq üçün addımlar atmaq barədə razılığa gəliblər", - deyə bildirilib.
Mənbə
axar.az