Digər

İran ordusu döyüşə hazır vəziyyətdədir - Qurbani

06 Jan 2026, 19:13 1 baxış
İran ordusu döyüşə hazır vəziyyətdədir - Qurbani

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tam döyüş hazırlığı vəziyyətindədir.


Axar.az xəbər verir ki, bunu SEPAH komandanının müşaviri, briqada generalı Mürtəza Qurbani deyib.


O bildirib ki, ABŞ və İsrailin hər hansı təcavüzünə layiqli cavab veriləcək:


"Bölmələr hazırdır. Hər hansı bir təcavüz baş verərsə, onlar onu (İsraili nəzərdə tutur - red.) yerlə-yeksan edəcəklər".


Qeyd edək ki, dekabrın sonunda İranın müxtəlif şəhərlərində güclü inflyasiya səbəbindən kütləvi etirazlar başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər