Kriminal

Cəlilabadda 23 yaşlı qız dəm qazından boğuldu

06 Jan 2026, 00:16 1 baxış
Cəlilabadda 23 yaşlı qız dəm qazından boğuldu

Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.


Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.


Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.


Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər