Kriminal

Bakıda atasının telefonunu oğurlayıb satan şəxs həbs edildi

05 Jan 2026, 16:26 1 baxış
Bakıda atasının telefonunu oğurlayıb satan şəxs həbs edildi
Paytaxtın Nizami rayonunda atasına məxsus mobil telefonu və küçədən oğurladığı qoz-fındıq ləpəsini satan şəxs həbs edilib. Oxu.Az-ın məlumatına görə, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib. Təqsirləndirilən şəxs izahatında bildirib ki, 270 manat borcu olduğundan bu addımı atıb. Belə ki, atası telefonu stolun üzərinə qoyduqdan sonra o, telefonu götürüb və 60 manata satıb. Həmçinin o, metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında 10 kq fındıq və 5 kq olan ləpəni oğurlayaraq 50 manata satıb. Təqsirləndirilənin atası bildirib ki, tikintidə fəhləlik edir, oğlu isə heç bir işdə işləmir. O, həmçinin bildirib ki, təqsirləndirilən daha əvvəl 311 manat maaşını da kartdan götürərək oğurluq edib. Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində bir ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib. Rəşid Qarayev
Mənbə oxu.az

Oxşar Xəbərlər