Kriminal
Salyanda 11 yaşlı uşaq hansı səbəbdən xəstəxanada vəfat edib?
Salyan Rayon Mərkəzi Xəstəxanası 11 yaşlı uşağın vəfat etməsinin səbəbini açıqlayıb. Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 4-də saat 17:30-da 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvar ayının 5-i saat 04:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Salyan rayonunda 11 yaşlı uşaq xəstəxanada ölüb. Oxu.Az-ın məlumatına görə, şəhər sakini 2015-ci il təvəllüdlü uşaq yüksək hərarət və halsız vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Bir müddət sonra uşaq dünyasını dəyişib. Onun inyeksiya (iynə vurulması) səbəbindən şoka düşərək dünyasını dəyişdiyi bildirilir. Samir Əli
Mənbə
oxu.az