Kriminal
Bakıda 71 yaşlı kişi damdan yıxılıb öldü
Bakıda 71 yaşlı kişi evinin damından yıxılıb ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 3-də axşam saat 17 radələrində paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Nazim Məmmədqulu oğlu Hüseynov yaşadığı evin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az