Kriminal
Cəlilabadda 77 yaşlı qadın faciəli şəkildə öldü
Cəlilabad rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki mənzillərdən birində qeydə alınıb. Rayon sakini, 1949-cu il təvəllüdlü Xasagül Rəşid qızı Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyib. Həmin vaxt yanan soba onun üzərinə aşıb. Qadın hadisə yerində yanıb ölüb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az