Kriminal

Ələt-Astara magistralında AĞIR QƏZA: "KamAZ"la minik avtomobili toqquşdu

04 Jan 2026, 22:24 1 baxış
Ələt-Astara magistralında AĞIR QƏZA: "KamAZ"la minik avtomobili toqquşdu
Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, əks istiqamətdə hərəkət edən "KamAZ" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına düşüb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər