Kriminal

Ağır qəzaya düşən şəxslər məşhur meyxanaçı Namiq Mənanın qızı, kürəkəni və nəvəsi imiş

03 Jan 2026, 21:00 1 baxış
Ağır qəzaya düşən şəxslər məşhur meyxanaçı Namiq Mənanın qızı, kürəkəni və nəvəsi imiş
Quba rayonunda yağan qar səbəbi ilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb. Oxu.Az "Bakupost"a istinadən xəbər verir ki, avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir. Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər