Kriminal

Astarada sərnişin avtobusu aşdı: Həlak olanların adları məlum oldu

03 Jan 2026, 18:58 1 baxış
Astarada sərnişin avtobusu aşdı: Həlak olanların adları məlum oldu
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanların kimliyi məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı Astara rayon sakini, 1961-ci il təvəllüdlü Səyarə Həsənova hadisə yerində, 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva isə xəstəxanada həyatını itirib. Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 2 nəfərə çatıb. Oxu.Az-ın məlumata görə, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb. 10-a yaxın şəxs müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Astara-Lənkəran yolunda qeydə alınıb. Astaradan Lənkərana sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü sürüşkən yolda idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
{{gallery}} Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər