Kriminal

"Koroğlu"da KÖRPÜNÜN ÜSTÜNDƏ zəncirvari qəza: Dörd avtomobil toqquşdu

03 Jan 2026, 14:40 1 baxış
"Koroğlu"da KÖRPÜNÜN ÜSTÜNDƏ zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Bakıda metronun "Koroğlu" stansiyası yaxınlığında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, ərazidəki körpünün üzərində dörd nəqliyyat vasitəsi toqquşub. Belə ki, bu gün səhər saatlarında yolun buz bağlaması səbəbindən iki "Mercedes-Benz", iki "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub. Toqquşmanın təsirindən nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə yerindən görüntüləri təqdim edirik:

Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər