Kriminal
Babək prospektində zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Bakı şəhəri, Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. Yanvarın 3-ü səhər saat 8 radələrində dörd nəqliyyat vasitəsi yolun sürüşkən olması səbəbindən toqquşub. Belə ki, "Hyundai", KIA, "Toyota" və "KIA Sorento" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə yerindən görüntüləri təqdim edirik:
Aygün Mirakif
Aygün Mirakif
Mənbə
oxu.az