Kriminal
Azərbaycanda üç gün əvvəl itkin düşən kişinin MEŞƏDƏN MEYİTİ TAPILDI
Xudat sakininin meyiti meşəlikdə tapılıb. Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış fəaliyyəti nəticəsində dekabrın 30-da itkin düşən Xudat şəhər sakini, 38 yaşlı Fuad Sarıaslan oğlu Əliverdiyevin meyiti Köhnə Xudat kəndində meşəlik ərazidən aşkar edilib. Faktı Xaçmaz Rayon Prokurorluğu araşdırır.
Mənbə
oxu.az