Digər
Bu ölkədə bina uçdu: Dağıntılar altında qalanlar var
Keniyanın paytaxtı Nayrobidə tikilməkdə olan çoxmərtəbəli bina uçub, nəticədə insanlar dağıntılar altında qalıb.
Axar.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
Qeyd edilib ki, xilasetmə qrupları hazırda uçmuş 16 mərtəbəli binanın dağıntılarında axtarışlar aparırlar. Dağıntılar altında qalan insanların dəqiq sayı bilinmir.
Qeyd edək ki, Nayrobidə tez-tez bina uçqunları baş verir.
Mənbə
axar.az