Kriminal

Qarlı hava və yolların buz bağlaması qəzalara SƏBƏB OLDU

02 Jan 2026, 16:02 1 baxış
Qarlı hava və yolların buz bağlaması qəzalara SƏBƏB OLDU
Ölkə ərazisində hökm sürən qarlı hava şəraiti avtomobillərin hərəkətini çətinləşdirib, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Oxu.Az xəbər verir ki, dünəndən davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar bir sıra ərazilərdə yollar buz bağlayıb. Yola çıxan sürücülərin bəziləri yollarda qalıblar. Bir qisim sürücü isə idarəetməni itirərək maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş vemrəsinə səbəb olub. Belə ki, Bakı-Şamaxı avtomobil yolunda, Xızı, İsmayıllı və s. ərazilərdə yol-nəqliyyat hadisəsi baş verib. Ətraflı video təqdim edirik:

Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər