Digər

"Nuh peyğəmbər" saxlanıldı

02 Jan 2026, 12:52 1 baxış
"Nuh peyğəmbər" saxlanıldı

Afrikada, qanalı saxta peyğəmbər Əbu Nuh dələduzluğa görə həbs olunub.


Axar.az xəbər verir ki, o, böyük sel fəlakətinin baş verəcəyini iddia edərək "Qiyamət günü"nə hazırlaşmaq məqsədilə böyük bir gəminin inşası üçün insanlardan pul toplayıb.


O 25 dekabr tarixində sel olacağını bəyan etsə də, gözlənilən fəlakət baş verməyib. Bundan sonra Əbu Nuh, selin “dualardan sonra bir il təxirə salındığını” açıqlayıb.


Araşdırmalar zamanı məlum olub ki, saxta peyğəmbər toplanan pullarla özünə lüks “Mersedes” markalı avtomobil alıb, həmçinin əyləncə və konsert tədbirlərində iştirak edib.


Hadisə ictimaiyyətdə böyük rezonans doğurub. Faktla bağlı hüquq-mühafizə orqanlarının araşdırması davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər