Kriminal
Göyçayda ikinci mərtəbədən yıxılan kişi ÖLDÜ
Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə Çayarxı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və bir gün sonra orada ölüb. Məlum olub ki, S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək ikinci mərtəbənin eyvanından yıxılıb. Aqil Vəlili
Mənbə
oxu.az