Digər

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?

02 Jan 2026, 09:30 1 baxış
Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?

2025-ci il ərzində Rusiya qoşunları Ukrayna ərazisinin 4336 kvadrat kilometrini işğal edib.


Axar.az xəbər verir ki, bu barədə “DeepState” layihəsinin analitikləri məlumat veriblər.


Qeyd olunur ki, 2025-ci ildə ruslar Ukraynanın ümumi ərazisinin təxminən 0,72%-ni ələ keçiriblər. 1 yanvar 2023-cü ildən 1 yanvar 2026-cı ilədək işğal olunmuş ərazilərin artımı 7463 kvadrat kilometr, yəni ölkə ərazisinin 1,28%-i təşkil edib.


Analitiklər vurğulayıblar ki, 2025-ci il Rusiyanın genişmiqyaslı işğalının əvvəlki illəri ilə müqayisədə Ukraynanın Müdafiə Qüvvələri üçün həqiqətən çətin il olub.


Ümumilikdə, Rusiya Ukrayna ərazisinin 116 165 kvadrat kilometrini işğal edib.

Mənbə axar.az

Oxşar Xəbərlər