Digər
Tramp əllərindəki mavi ləkələrin səbəbini açıqladı
ABŞ Prezidenti Donald Tramp qanını durulaşdırmaq üçün hər gün çox miqdarda aspirin qəbul edir.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə "Wall Street Journal" qəzetinə verdiyi müsahibədə bildirib.
Siyasətçi ürəyindən qatı qanın axmasını istəmədiyini, ona görə də qanını durulaşdırmaq üçün aspirin qəbul etdiyini söyləyib. Tramp bunun məntiqli olub-olmadığını soruşub.
Ağ Ev rəhbəri əllərindəki mavi ləkələrin səbəbinin çox miqdarda aspirin qəbul etməsi olduğunu və bu halın rəqiblərinin və jurnalistlərin diqqətini çəkdiyini qeyd edib. Ləkələrə görə həkimlər onun dozasını azaltmağı məsləhət görüblər, lakin Tramp 25 ildir bu pəhrizdə olduğu üçün bu fikri rədd edib.
Mənbə
axar.az