Kriminal

Naxçıvanda məsciddə yanğın baş verib

01 Jan 2026, 20:24 1 baxış
Naxçıvanda məsciddə yanğın baş verib
Naxçıvanda məsciddə yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər