Digər

Sülh müqaviləsi Ukraynaya qarşı ədalətli olmayacaq - Stubb

01 Jan 2026, 20:37 1 baxış
Sülh müqaviləsi Ukraynaya qarşı ədalətli olmayacaq - Stubb

Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi çox güman ki, tam ədalətli olmayacaq.


Axar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb xalqa Yeni il müraciətində bildirib.


O, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibə apardığını və Moskvanın hərəkətlərinin qanunsuz olduğunu vurğulayıb.


Stubb beynəlxalq diplomatik səylər sayəsində indi əvvəlkindən daha çox sülhə yaxın olduqlarını deyib. Bununla belə, o, Rusiyanın sülhə hazır olduğuna şübhə ilə yanaşdığını qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər