Kriminal
Zaqatalada QƏZA: Xəsarət alanlar var
Zaqatalada Yeni ilin ilk günü yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Oxu.Az APA-ya istinadən xəbər verir ki, günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda 1986-cı il təvəllüdlü Vahab Ziyəddin oğlu Mahmudovun idarə etdiyi "Changan" və Nadir Nəriman oğlu Mustafayevin sükanı arxasında olduğu VAZ-2106 markalı minik maşınları toqquşub. VAZ-2106 markalı avtomobilin sürücüsü və sərnişin xəsarət alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az