Digər
Ukrayna Rusiyada 2 neft emalı zavodunu vurdu
Ukrayna ordusu Rusiyanın Krasnodar diyarı və Tatarıstan Respublikasındakı neft emalı zavodlarına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Krasnodardakı “İlski” neft emalı zavoduna PUA zərbələri endirilib. Zərbələr nəticəsində zavodun ərazisində güclü yanğınlar baş verib.
Tatarıstandakı “Almetyevskaya” neft emalı zavodu da PUA-larla vurulub.
Mənbə
axar.az