Digər

ABŞ Karibdə iki qayığı vurdu: 5 ölü

01 Jan 2026, 15:15 7 baxış
ABŞ Karibdə iki qayığı vurdu: 5 ölü

ABŞ ordusu Karib dənizində narkotik kartel üzvlərinə məxsus iki qayığı vurub.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.


Məlumata görə, “Cənubi nizə” əməliyyatının Birgə Operativ Qrupu hərbi nazir Pit Heqsetin əmri ilə 31 dekabrda qayıqlara zərbələr endirib:


“Kəşfiyyat gəmilərin məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu təsdiqləyib”, - məlumatda qeyd olunub.


Bildirilib ki, zərbələr nəticəsində birinci qayıqda olan 3 nəfər, digər qayıqda olan 2 nəfər öldürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər