Digər

Bu ölkə avronu rəsmi valyuta kimi qəbul etdi

01 Jan 2026, 15:46 1 baxış
Bu ölkə avronu rəsmi valyuta kimi qəbul etdi

Bolqarıstan 2026-cı il yanvarın 1-dən avronu rəsmi valyuta olaraq qəbul edib.


Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb.


Məlumata görə, bu, ölkənin AB-yə qoşulmasından təxminən 19 il sonra baş verib. Bununla da, Bolqarıstan avrozonanın avronu rəsmi valyuta olaraq qəbul edən 21-ci üzvü olub. Konvertasiya məzənnəsi isə bir avro üçün 1,95583 lev səviyyəsində müəyyən edilib. Hər iki valyuta yanvar ayı ərzində dövriyyədə qalacaq. Fevralın 1-dən avro Bolqarıstanda yeganə qanuni ödəniş vasitəsinə çevriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər