Kriminal

İrandan Rusiyaya qarpız aparılmasına Azərbaycan gömrükçüləri icazə vermədilər - SƏBƏB

01 Jan 2026, 12:46 1 baxış
İrandan Rusiyaya qarpız aparılmasına Azərbaycan gömrükçüləri icazə vermədilər - SƏBƏB
Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükünün içərisində aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib. Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə - həşiş aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, bundan öncə dəfələrlə kahı yükünün arasında narkotik vasitələrin gizlədilməsi halları olmuşdu.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər