Dünya
Kamçatkada güclü zəlzələ oldu
Rusiyanın Kamçatka bölgəsində 5.1 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskdan 208 km aralıda baş verib. Zəlzələnin episentri 4 km dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə
oxu.az