Dünya
"The Financial Times"dan 2026-cı il üçün PROQNOZLAR
"The Financial Times" qəzeti 2026-cı il üçün siyasət, iqtisadiyyat və texnologiya mövzularını əhatə edən illik proqnozunu dərc edib. Oxu.Az xəbər verir ki, nəşrin fikrincə, dünya 2026-cı ildə daha da az proqnozlaşdırıla bilən hala gələcək. Lakin texnologiyadan maliyyəyə qədər bir sıra sahələr üzrə əvvəlki proqnozların yenidən nəzərdən keçirilməsi gözlənilir. Siyasət və Geosiyasət: - Donald Tramp bazar təzyiqi, inflyasiya və ticarət tərəfdaşlarının müqaviməti səbəbindən ilin sonuna qədər sərt tarif təhdidlərindən geri çəkiləcək. - Ukraynanın Donbasdan imtina etməsi yalnız hərbi məğlubiyyət halında mümkündür. - Demokratlar, ABŞ Nümayəndələr Palatasına nəzarətini bərpa edəcəklər və bu da onlara Trampın gündəliyini bloklamağa, eləcə də araşdırmalara başlamağa imkan verəcək. - Səudiyyə Ərəbistanı, İsrail ilə münasibətləri normallaşdırmayacaq. İqtisadiyyat və Maliyyə: - Əksər mərkəzi banklar faiz dərəcələrini azaltmağa davam edəcəklər; Yaponiya istisna olaraq qalacaq. - Rekord ticarət profisitinə baxmayaraq Çin yuanı əhəmiyyətli dərəcədə möhkəmlənməyəcək. - Özəl kredit sektorunda defoltların artacağı gözlənilir, lakin sistemli maliyyə böhranı olmayacaq. - Qızılın qiyməti unsiya üçün 5 000 dolları keçə bilər. - Afrikanın artım tempi ilk dəfə Asiyanı bir qədər üstələyə bilər. Texnologiya: - Süni intellektin həddindən artıq inkişaf tempi azalmağa başlayacaq. Böyük texnologiya şirkətləri dayanıqlı qalacaq, kiçik oyunçular isə itkilərlə üzləşəcəklər. - Kommersiya baxımından sərfəli kvant kompüteri 2026-cı ildə peyda olmayacaq. - Humanoid robotlar bazara daxil olacaq, lakin bahalı məhsul olaraq qalacaqlar. - Süni intellekt tərəfindən yaradılan mahnılar əsas qlobal siyahılarda birinci yeri tuta bilməyəcəklər. Biznes və Bazarlar: - "Tesla" şirkəti uğursuz olacaq və ABŞ-də, Avropada, Çində itirilmiş mövqeləri bərpa edə bilməyəcək. - İlon Mask ənənəvi avtomobil istehsalına deyil, süni intellekt və robotaksiyə diqqət yetirəcək.
Mənbə
oxu.az