Dünya

Rubio Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindən sitat gətirib

01 Jan 2026, 03:36 1 baxış
Rubio Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindən sitat gətirib
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindəki Vito Korleone obrazını təqlid edib. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Rubio ilə Rusiya nümayəndələri arasında görüş 2025-ci il fevralın 18-də Ər-Riyadda baş tutub. Nəşrin məlumatına görə, Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun qarşısında oturan Rubio Marlon Brandonun canlandırdığı mafiya başçısı Vito Korleonedən sitat gətirib. Filmdə Brandonun personajı oğluna rəqib cinayətkar ailələrin təhdidləri barədə danışarkən belə deyir: "Mən bütün həyatım boyu ehtiyatsız olmamağa çalışıram. Qadınlar və uşaqlar ehtiyatsız ola bilərlər, amma kişilər yox". Nəşrin məlumatına görə, amerikalı siyasətçi bu ifadədən Rusiya nümayəndələrinə nüvə gücləri arasında ünsiyyətə ehtiyac olduğunu çatdırmaq üçün istifadə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər