Dünya

Uitkoff Ukrayna üçün təhlükəsizlik zəmanətlərini Avropa nümayəndələri ilə müzakirə edib

01 Jan 2026, 02:32 2 baxış
Uitkoff Ukrayna üçün təhlükəsizlik zəmanətlərini Avropa nümayəndələri ilə müzakirə edib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Avropa ölkələrinin nümayəndələri ilə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etdiyini bildirib. Oxu.Az xəbər verir ki, o, bu barədə "X" platformasında yazıb. Uitkoffun sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio və Prezident Donald Trampın kürəkəni Cared Kuşner ilə birlikdə Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın milli təhlükəsizlik üzrə müşavirləri Conatan Pauell, Emmanuel Bonn, Günter Zauter və Rustem Umerovla məhsuldar söhbət aparıblar. Tərəflər Avropa sülh prosesi çərçivəsində növbəti addımları müzakirə ediblər. Uitkoff əlavə edib ki, tərəflər münaqişə başa çatdıqdan sonra Ukraynanın firavanlığının təmin olunması üçün tədbirlər paketini də müzakirə ediblər. ABŞ və Avropa nümayəndələri yeni ildə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər