Dünya

Netanyahu MDB ölkələrindən olan miqrantlara müraciət edib

01 Jan 2026, 00:12 1 baxış
Netanyahu MDB ölkələrindən olan miqrantlara müraciət edib
İsrailin Baş naziri Benyamin Netanyahu Yeni il münasibətilə MDB ölkələrindən olan miqrantlara müraciət edərək, onların dövlətin inkişafına verdikləri töhfəni vurğulayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Netanyahunun təbrik videosunu hökumət başçısının dəftərxanası yayıb. Baş nazirin sözlərinə görə, keçmiş SSRİ ölkələrindən olan şəxslərin uğurları İsraildə həyatın ən müxtəlif sahələrində nəzərə çarpır: "Siz İsrailin təhlükəsizliyinə, elmi ictimaiyyətin, sənayenin, yüksək texnologiyalar sektorunun inkişafına və hətta mənim ofisim də daxil olmaqla hər sahədə böyük töhfə verirsiniz".
Mənbə oxu.az

Oxşar Xəbərlər