Dünya

Si Cinpin Tayvanın Çinlə birləşməsini vəd edib

31 Dec 2025, 23:12 1 baxış
Si Cinpin Tayvanın Çinlə birləşməsini vəd edib
"Tayvanın Çinin materik hissəsi ilə yenidən birləşməsinə aparan tarixi tendensiyanı dayandırmaq mümkün deyil". Oxu.Az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bunu Çinin rəhbəri Si Cinpin Yeni il müraciətində bildirib. "Tayvan boğazının hər iki tərəfindəki həmvətənlərimizi qan bağları birləşdirir", - o deyib. Si Cinpin vurğulayıb ki, Çin "Bir ölkə - iki sistem" siyasətini qətiyyətlə həyata keçirməli, Honkonq və Makaonun ölkənin ümumi inkişafına inteqrasiyasını dəstəkləməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər