Dünya

Trampın şirkəti yeni kriptovalyuta buraxacaq

31 Dec 2025, 23:36 1 baxış
Trampın şirkəti yeni kriptovalyuta buraxacaq
ABŞ Prezidenti Donald Trampa məxsus "Trump Media and Technology Group Corp." yeni kriptovalyuta buraxmağı planlaşdırır. Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir. Yeni token Crypto.com kriptobirjası ilə tərəfdaşlıq çərçivəsində yaradılacaq və "Cronos" blokçeyni üzərində fəaliyyət göstərəcək. Şirkətin hər bir səhmdarı hər səhmə görə bir token alacaq. Token sahibləri əlavə olaraq müxtəlif mükafatlar, məsələn, "Trump Media" məhsullarına güzəştlər və ya imtiyazlar əldə edə bilərlər. Qeyd olunur ki, tokenlər səhmlər üzərində mülkiyyət hüququ verməyəcək və onları başqa şəxslərə ötürmək və ya nağd pulla dəyişdirmək qeyri-mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər